Neft və qaz quyularında qazma proseslərinin real vaxt monitorinqi və rəqəmsal idarəetmə sistemi.
Qazma əməliyyatlarında məlumat, logistika və heyət idarəetməsini vahid rəqəmsal sistemdə birləşdiririk.
Kağız üzərində qeydlər, Excel faylları və nəzarətsiz WhatsApp yazışmaları səbəbindən məlumat axınının ləngiməsi.
Koordinasiyasız hərəkətlər və marşrut uyğunsuzluqları üzündən səfərlərin gecikməsi və artıq yanacaq sərfiyyatı.
Smen vaxtlarının düzgün tənzimlənməməsi nəticəsində əməkdaşların limanda və ya gəmi ayağında saatlarla gözləyərək geri qayıtması.
Qeyri-məhsuldar vaxt (QMV) və gizli itkilər üzündən yaranan böyük maliyyə və vaxt zərərləri.
Operativ məlumat əlçatan olmadığından vaxtında və düzgün qərarların verilə bilməməsi.
Qazma əməliyyatlarını rəqəmsal dünya ilə birləşdiririk.
Qazma parametrləri saniyə-başına real vaxtda qeydə alınır.
Məlumatlar interaktiv grafiklərlə təhlil edilir.
Kritik dəyərlərdə avtomatik bildiriş sistemi.
Bütün məlumatlar təhlükəsiz bulud mühitində saxlanılır.
Planşet, PC və mobil cihazlar vasitəsilə tam nəzarət.
Günlük, həftəlik və aylıq avtomatik hesabatlar.
Qazma jurnalını rəqəmsal formata daxil edin.
Dəqiq analitik sistem məlumatları emal edir.
Real vaxtda nəticələri izləyin və qərarlar qəbul edin.
ZEOSK Drill Log ilə neft və qaz quyularınızın idarəetməsini yenidən kəşf edin.
İndi BaşlayınHər hansı sualınız varsa, bizə yazın.